hia.az
hia.az

Rusiya-Ukrayna görüşü təxirə salındı - YENİLƏNİB

202 dəfə baxılıb 2-03-2022, 16:13

Rusiya-Ukrayna görüşü təxirə salındı - YENİLƏNİB


Bu günə planlaşdırılan Ukrayna-Rusiya danışıqları təxirə salınıb.

Bu barədə "TASS" İnformasiya agentliyi məlumat yayıb.

Məlum olub ki, Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlar yerinə hələ gəlməyib. Ola bilər ki, iclas bir neçə gün təxirə salınsın.

"İnterfaks" yazır ki, Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə danışıqların ikinci raundu martın 4-də keçiriləcək.

***10:14

Rusiyanın Ukraynaya hücumundan sonra bu gün iki tərəf arasında ikinci sülh danışıqlarının keçiriləcəyi açıqlanıb.

Parlamentinsesi.az "TASS"a istinadən xəbər verir ki, danışıqların Belarus-Polşa sərhədindəki Brest bölgəsində aparıla biləcəyi iddia edilib.

Qeyd edək ki, ilk danışıqlar fevralın 28-də Belarusun Qomel şəhərində keçirilib. Sülh danışıqlarının birinci raundunda Ukrayna prezidenti Zelenski Rusiya ilə danışıqlarda Ukraynanın arzuladığı nəticənin hələ əldə olunmadığını bildirmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi