hia.az
hia.az

Nazarbayevin kürəkəni Milli Sahibkarlar Palatasının rəhbəri vəzifəsindən istefa verib

278 dəfə baxılıb 17-01-2022, 10:50

Nazarbayevin kürəkəni Milli Sahibkarlar Palatasının rəhbəri vəzifəsindən istefa verib


Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ortancıl qızı Dinaranın əri Timur Kulibayev “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bu barədə “Parlamentinsesi.az” “RİA Novosti”yə istinadən xəbər verir.

“Bu gündən etibarən “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa vermək qərarına gəldim”, - o bildirib.

Kulibayev həmkarlarına birgə fəaliyyətlərinə görə təşəkkür edib və nəticələrinə yekun vurub. O, istefasının səbəbini açıqlamayıb.

Kulibayev və həyat yoldaşı ölkənin ən böyük Qazaxıstan Xalk Bankının sahibləridir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi