hia.az
hia.az

Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir

2 dəfə baxılıb Bu gün, 11:42

Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir

Hörmüz boğazında Cənubi Koreyanın hazırda 26 gəmisi və 183 ekipaj üzvü yerləşir, ölkə rəsmiləri ərzaq və digər yüklərin çatdırılmasını təmin etmək üçün qonşu ölkələrin liman rəhbərliyi ilə sıx əlaqədədir.

Bunu Cənubi Koreya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Park İl bildirib.

Onun sözlərinə görə, ABŞ Prezident Donald Trampın bölgəyə hərbi-dəniz qüvvələri göndərməyə çağırmasından sonra Cənubi Koreya Hörmüz boğazının blokasıdanın aradan qaldırılması üçün səylərinin dəstəklənməsi məsələsini müzakirə etməkdə ehtiyatlılıq göstərir.

"Hökumət ABŞ tərəfi ilə sıx əlaqəni davam etdirəcək. Müxtəlif amillər və regionda dəyişən vəziyyəti nəzərə alaraq bu məsələni diqqətlə və hərtərəfli araşdıracaq", - Park İl bildirib.

Onun sözlərinə görə, vəziyyətin pisləşməsi halında ölkə əlavə tədbirlər görməyi planlaşdırır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi