hia.az
hia.az

"Bütün icra hakimiyyətlərinin binaları azad edilib" - Qazaxıstan DİN

291 dəfə baxılıb 7-01-2022, 13:16

"Bütün icra hakimiyyətlərinin binaları azad edilib" - Qazaxıstan DİN

Qazaxıstanda bütün icra hakimiyyəti binaları azad edilərək gücləndirilmiş mühafizəyə götürülüb.

Bunu Qazaxıstanın Daxili İşlər Nazirliyi açıqlayıb.

“Respublika üzrə tətbiq olunan fövqəladə vəziyyət çərçivəsində tədbirlər həyata keçirilir. Ölkə ərazisində gecə-gündüz fəaliyyət göstərən 70 blokpost yaradılıb”, - nazirlikdən qeyd olunub.

Məlumata görə, paytaxt Nur-Sultana silah keçirmək cəhdlərinin qarşısı alınıb. Hüquq-mühafizə orqanları silah daşıyan avtobusları saxlayıb.

Bundan başqa, Almatının mərkəzi meydanında atışma getdiyi bildirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi