hia.az
hia.az

Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb

13 dəfə baxılıb 20-01-2026, 14:21

Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb

Türkiyə xarici işlər naziri Hakan Fidan Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri, eyni zamanda ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakla keçirdiyi görüşün təfərrüatlarını açıqlayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir görüşdə Suriyada əldə olunan atəşkəs prosesinin müzakirə edildiyini bildirib. O, bu kontekstdə ABŞ nümayəndəsi Tom Barrakın Suriyada keçirdiyi görüşlərlə bağlı fikir mübadiləsi aparıldığını qeyd edib:

“Bu səhər ABŞ-ın Suriya üzrə nümayəndəsi hörmətli Tom Barrakla görüşdük. O, Dəməşqdə keçirdiyi görüşlərin detalları barədə məlumat verdi. Həm SDQ ilə, həm də Suriya hökuməti ilə ayrı-ayrılıqda, o cümlədən üçtərəfli formatda görüşlər keçirib. Biz Türkiyənin hər zaman konstruktiv rol oynadığını vurğuladıq. Bunu bütün tərəflər məmnuniyyətlə qarşılayırlar. Müzakirələrimizi birgə davam etdirəcəyik”, – deyə Hakan Fidan bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi