hia.az
hia.az

Bakıda yağışdan sonrakı görüntülər

1 080 dəfə baxılıb 24-11-2014, 12:57

Bakıda yağışdan sonrakı görüntülər
Bakıda yağışdan sonrakı görüntülər
Bakıda yağışdan sonrakı görüntülər

Paytaxtın bəzi küçə və prospektlərində yığılmış yağış suları nəqliyyatın və piyadaların hərəkətinə problem yaradıb

Bu gün günorta saatlarında başlamış, axşam saatlarında isə güclənmiş yağış Bakıda bəzi problemlər yaradıb.

Lent.az-ın xəbərinə görə, paytaxtın bəzi küçə və prospektlərində yığılmış yağış suları nəqliyyatın və piyadaların hərəkətinə problem yaradıb. Bu səbəbdən Bakının bir çox mərkəzi küçəsində tıxac yaranıb.

Xüsusilə 20 yanvar dairəsi və “Şamaxinka” deyilən ərazində yağışın yaratdığı gölməçələr nəqliyyatın hərəkətinə mane olub.

Hazırda şəhərin bəzi küçə və meydanlarında yağış sularının çəkilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, hava proqnozuna görə, sabah da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.


Qeyd: Fotolar “facebook” sosial şəbəkəsindən “Hamam Times” və “Azərbaycan xəbərləri” səhifələrindən götürülüb. Sonuncu səhifədəki şəkillər Nihat Qulamzadənindir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi