hia.az

Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb

4 dəfə baxılıb Bu gün, 08:57

Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb

Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda rusiyalı həmkarı Sergey Lavrovla görüşü ilə bağlı sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, İranla Rusiya arasında münasibətlər, iqtisadi və nüvə sahələrində əməkdaşlıq görünməmiş səviyyədədir:

"Biz Avropadan Qərbi Asiyayadək, o cümlədən Livan, Fələstin, Ukrayna və Yəmən də daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etdik. Həmçinin iqtisadi və nüvə sahələrində əməkdaşlığın genişləndirilməsinə diqqət yetirdik".

Qeyd edək ki, Sergey Lavrov oktyabrın 19-da Tehrana gedib. O, İran Prezidenti Məsud Pezeşkianla da görüşüb, müzakirələr aparıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi