hia.az

Sabah rayonlara yağış yağacaq

0 dəfə baxılıb Bu gün, 12:06

Sabah rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli, intensiv leysan xarakterli yağışların yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-16° isti olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi