Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb

Misli Premyer Liqasının VIII turunun matçlarını stadionlardan ümumilikdə 30 800 azarkeş izləyib.
Bu, cari mövsümün rekord göstəricisidir.
Ən çox tamaşaçı "Kəpəz" – "Zirə" (1:1) və "Qarabağ" – "Neftçi" (3:3) qarşılaşmalarında qeydə alınıb. Gəncə təmsilçisinin nominal ev oyununu 13 800, Azərbaycan derbisini isə 13 500 seyrçi izləyib.
Digər görüşlərdə nisbətən az azarkeş iştirak edib: "Şamaxı" – "Şəfa" (3:2) 1 200, "Sumqayıt" – "Araz-Naxçıvan" (2:1) 1 200, "Qəbələ" – "Sabah" (0:4) 750, "İmişli" – "Turan Tovuz" (1:0) 350 tamaşaçı.
Tur üzrə orta göstərici 5 133 nəfər təşkil edib.
Qeyd edək ki, bunadək rekord IV turda (24 512 azarkeş) qeydə alınmışdı.