hia.az

Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO

3 dəfə baxılıb Bu gün, 15:01

Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO

Quba-Xınalıq yolunda təkrar torpaq sürüşməsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, yolun daha əvvəl təmizlənərək hərəkətin bərpa olunan hissəsində bu gün yenidən torpaq sürüşüb. Nəticədə Quba rayonunun Xınalıq da daxil olmaqla 8 dağ kəndi ilə nəqliyyat əlaqəsi kəsilib.

Bölgədə davam edən yağıntılı hava şəraiti və dağlıq relyefdə torpağın rütubətlənməsi sürüşmə prosesini aktivləşdirib. Hazırda aidiyyəti qurumların texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub, yolun təmizlənməsi və gediş-gəlişin bərpası istiqamətində işlər aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi