hia.az

İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var

4 dəfə baxılıb Bu gün, 12:47

İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var

İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində məhkəmə binasının qarşısında atışma olub.

APA-nın Tehran bürosu Mahabad Polis Komandanlığına istinadən xəbər verir ki, atışma bu gün səhər baş verib. Məhkəmə binasının qarşısında baş verən silahlı atışma nəticəsində 1 nəfər güllə yarasından həyatını itirib, 4 nəfər isə yaralanıb.

İlkin araşdırmaların nəticələrinə görə, hadisə şəxsi münaqişə və qisas motivi ilə baş verib. Bildirilib ki, hücum edən şəxs övladının öldürülməsində iştirak etdiyini düşündüyü şəxsin ailə üzvlərinə odlu silahla hücum edərək atəş açıb.

Məlumata görə, atışmanı törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi