hia.az

Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

1 dəfə baxılıb Bu gün, 15:29

Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-ü səhərədək davam edəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, 3-ü gecə 14-16, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 2-dən 5-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran, Quba-Qusar, Dağlıq Şirvan bölgəsinin bəzi rayonlarında yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 2-si axşam və 3-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi