hia.az

Bu gündən əsgərlər ehtiyata buraxılır

7 dəfə baxılıb Bu gün, 08:23

Bu gündən əsgərlər ehtiyata buraxılır

Bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

Prezident İlham Əliyevin sentyabrın 2-də imzaladığı Sərəncama əsasən, çağırış oktyabrın 30-dək davam edəcək.

Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış günü də daxil olmaqla 18 yaşı tamam olmuş, həmçinin 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan Azərbaycan vətəndaşları hərbi xidmətə çağırılırlar.

Çağırış Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, çağırışdan möhlət hüququ olmayan və ya hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşları əhatə edir.

Sərəncama uyğun olaraq, qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi