hia.az

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

23 dəfə baxılıb 2-09-2026, 16:01

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalarda II mərhələ üzrə seçimlərin nəticələri şagirdlərin şəxsi kabinetlərinə əlavə edilib.

Bu barədə ARTİ-dən məlumat verilib.

Bildirilib ki, şagirdlər qəbul nəticələri ilə elektron hökumət portalı – sy.edu.az platformasında “İmtahanlar” bölməsindən tanış ola bilərlər. Şagirdlər üçün avtomatik sorğular yaradılmışdır. Hər bir şagird şəxsi kabinetindəki “Sorğularım” bölməsindən müvafiq məlumatları izləyə bilər.

Sənədlərin (şəxsi işlərin) 7 sentyabr saat 12:00-dək təhsil müəssisəsinə təqdim edilməlidir. 2 sentyabr tarixindən etibarən qeyd olunan tarixədək sənədləri təqdim etməyən şagirdlərin sorğuları sistemdən silinəcək və qəbul nəticələri etibarsız hesab ediləcək.

Qeyd olunub ki, lisey və gimnaziyalara qəbul üzrə III mərhələ keçirilməyəcək. Müvafiq keçidə daxil olaraq keçid balları ilə tanış ola bilərsiniz:


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi