hia.az

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

22 dəfə baxılıb 2-09-2026, 14:06

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə saxta biletlərin satılması halları ilə bağlı sərnişinlərə xəbərdarlıq edib.

Bu barədə ADY-dən bildirilib.

Qeyd edilib ki, son günlər şirkətə vətəndaşlardan sözügedən marşrut üzrə saxta biletlərin satılması ilə bağlı müraciətlər daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunur, araşdırmalar aparılır. Saxtakarlıq edən şəxslərin və sosial şəbəkə səhifələrinin müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

ADY vurğulayıb ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və onlara bilet kvotası ayırmır.

Sərnişinlərə biletləri yalnız ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək tövsiyə olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi