hia.az

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

4 dəfə baxılıb Bu gün, 15:54

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri avqustun 24-də Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.

"Report"un Özbəkistana ezam olunan müxbiri xəbər verir ki, bu türbə Mərkəzi Asiyanın ən qədim İslam memarlığı abidələrindən biridir. IX əsrin sonu – X əsrin əvvəllərində inşa edilən türbə özünəməxsus memarlıq həlli ilə seçilir.

Abidənin əsas tikinti və bədii tərtibat materialı bişmiş kərpicdir. Tədqiqatçılar burada kərpic hörgüsünün 18 müxtəlif növünü müəyyən ediblər. Ənənəvi olaraq hesab edilir ki, burada Samanilər sülaləsinin banisi və ən görkəmli nümayəndələrindən biri İsmayıl Samani, onun atası və nəvəsi dəfn olunub.

12:39

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri avqustun 24-də Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.

Bu barədə "Report"un Özbəkistana ezam olunan əməkdaşı xəbər verir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi