hia.az

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

1 dəfə baxılıb Bu gün, 11:13

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasına başsağlığı verib.

Bu barədə XİN-in "X" hesabında məlumat verilib.

"Mərkəzi Afrika Respublikasında çoxsaylı insanın həyatını itirməsinə və xəsarət almasına səbəb olan qızıl mədənində baş vermiş ölümcül qəza xəbəri bizi dərindən kədərləndirib.

Həlak olanların ailələrinə, eləcə də Mərkəzi Afrika Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayır, hadisədən zərər çəkən hər kəsin mümkün qədər qısa müddətdə təhlükəsizliyinin təmin olunacağına ümid edirik", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Kamerun və Mərkəzi Afrika Respublikasının sərhədində qızıl mədəninin çökməsi 100-ə yaxın insanın həyatına son qoyub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi