hia.az

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

3 dəfə baxılıb Bu gün, 15:03

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

TRIPP-in hərbi baza və ya ayrıca ərazi olmadığı, layihə çərçivəsində hər hansı xarici dövlətin təhlükəsizlik mövcudluğunun nəzərdə tutulmadığı bildirilib.

Bunu Ermənistan parlamentində çıxışı zamanı Milli Assambleyanın Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan deyib.

Ermənistan rəsmisi TRIPP layihəsi ətrafında yaranan müzakirələrə münasibət bildirərək onun mahiyyətinin düzgün təqdim edilməsinin vacibliyini vurğulayıb.

“TRIPP infrastruktur layihəsidir. Dünənki müzakirələrin, xüsusilə də “Hayastan” blokunun səsləndirdiyi sualların kontekstində belə təsəvvür yarandı ki, TRIPP Laçın dəhlizi kimi bir şeydir. Lakin bu belə deyil”, - Xandanyan bildirib.

Onun sözlərinə görə, layihə ilə bağlı indiyədək açıqlanan sənədlər də TRIPP-in ayrıca ərazi və ya hərbi obyekt olmadığını göstərir.

“Bunu TRIPP haqqında indiyədək dərc olunmuş bütün sənədlər, eləcə də parlamentin müzakirə edəcəyi razılaşma təsdiqləyir”, – Ermənistan rəsmisi qeyd edib.

Xandanyanın açıqlaması TRIPP-in regional kommunikasiyaların inkişafı kontekstində hansı statusa malik olacağı ilə bağlı müzakirələr fonunda səslənib.(Modern.az)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi