hia.az

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

22 dəfə baxılıb 8-08-2026, 10:28

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Avqustun 8-nə keçən gecə Rusiyanın Krasnodar diyarı və Samara vilayəti dron hücumlarına məruz qalıb.

RBC-Ukraine OSINT kanallarına istinadən xəbər verir ki, hücumlar nəticəsində İlsk və Sızran neft emalı zavodlarında yanğın baş verib.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev vilayətdəki sənaye müəssisələrindən birinin dron hücumuna məruz qaldığını təsdiqləyib. Onun sözlərinə görə, hadisə yerində operativ xidmətlər çalışır.

Krasnodar diyarının operativ qərargahı isə İlsk NEZ-in ərazisinə dron qalıqlarının düşdüyünü bildirib:

“Pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində İlsk neft emalı zavodunda yanğın baş verib. İlkin məlumata görə, beş nəfər xəsarət alıb”, – deyə məlumatda bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi