hia.az

Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar

30 dəfə baxılıb 29-07-2026, 08:43

Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar

Azərbaycanın 4 yunan-Roma güləşçisi Bakıda keçirilən U-17 dünya çempionatında bu gün medallar uğrunda görüşlərə çıxacaqlar.

Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla qarşılaşacaq.

Abdurrahman Hüseynli (51 kq) də həlledici görüşdə çıxış edəcək. Onun finaldakı rəqibi Bunyod Hasanov (Özbəkistan) olacaq.

Ötən gün yarımfinalda uduzan Elmir Çərkəzov (60 kq) bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Zöhrab Səfərov (92 kq) də fəxri kürsünün üçüncü pilləsində yer almaq şansına malikdir. O, əvvəlcə təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiylə üz-üzə gələcək.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi