hia.az

Hörmüz boğazından gəmilərin keçidi minimuma enib

13 dəfə baxılıb 11-07-2026, 08:35

Hörmüz boğazından gəmilərin keçidi minimuma enib

ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb.

Bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb.

Məlumata görə, cəmi bir neçə gün əvvəl boğazdan 18-22 gəmi keçirdisə, son 12 saat ərzində altı gəmi müşahidə edilib.

Eyni zamanda, şirkət qeyd edir ki, gəmilərin öz yerlərini gizlətmək üçün transponderlərini söndürdükləri "gizli tranzitlərin" sayı artır.

Daha əvvəl "Axios" portalı bildirib ki, ABŞ hökuməti İrandan ən geci şənbə gününədək Hörmüz boğazının gəmilər üçün tamamilə açılmasını tələb edir. Bunun əvəzində ABŞ ordusu İranın obyektlərini atəşə tutmayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi