hia.az

Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib

16 dəfə baxılıb 10-07-2026, 17:18

Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib

Latviya Konstitusiya Məhkəməsinin sədri İrena Kutsina Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib.

Ali Məhkəmədən verilən məlumata görə, o, bu barədə Azərbaycana səfəri zamanı Ali Məhkəmənin sədri İnam Kərimovla görüşdə bildirib.

Həmçinin görüşdə Ali Məhkəmənin sədri İnam Kərimov Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etdiyni vurğulayıb. Görüş zamanı qonaqlara Azərbaycanın məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və rəqəmsal transformasiya sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqi genişləndirilir, hakim vəzifəsinə seçim prosedurları beynəlxalq standartlara uyğunlaşdırılır, qanunvericilik bazası isə davamlı olaraq təkmilləşdirilir. Bildirilib ki, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt və digər innovativ rəqəmsal həllərin tətbiqi məhkəmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri İrena Kutsina iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın məhkəmə sistemində aparılan islahatlar və əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi