hia.az

Zelenski: Ukrayna NATO-nun Ankaradakı sammitindən ciddi nəticələr gözləyir

13 dəfə baxılıb 7-07-2026, 13:57

Zelenski: Ukrayna NATO-nun Ankaradakı sammitindən ciddi nəticələr gözləyir


Ukrayna NATO-nun Ankaradakı sammitindən ciddi və konkret nəticələr gözləyir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

"Qarşıda Ankarada mühüm işlər var. Biz ciddi və məhsuldar NATO sammiti gözləyirik. Hazırda xalqımızın daha etibarlı müdafiəsini təmin edəcək, müdafiə imkanlarımızı genişləndirəcək, həmçinin Ukrayna, Avropa və Amerika arasında təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirəcək qərarlara ehtiyac var", – Zelenski bildirib.

Prezident həmçinin qeyd edib ki, forum çərçivəsində onun liderlərlə 20-yə yaxın ikitərəfli görüşü planlaşdırılıb.

"Biz Ukraynanın HHM-nin gücləndirilməsi üzərində davamlı olaraq işləyəcəyik. Yeni sistemlər, onlar üçün raketlər, istehsal lisenziyaları məsələləri – bütün bunlar bizim prioritetimizdir. Ukraynaya real addımlarla kömək edən hər kəsə minnətdarıq", – o qeyd edib.

Qeyd edək ki, Zelenski artıq iyulun 7-8-də NATO sammitinin keçirildiyi Ankaradadır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi