hia.az

Ərdoğan: Türkiyənin ən səmimi arzusu "Türk əsri"ni inşa etməsidir

23 dəfə baxılıb 29-06-2026, 13:35

Ərdoğan: Türkiyənin ən səmimi arzusu "Türk əsri"ni inşa etməsidir

Türk dünyasında institusional əməkdaşlığımızın təzahürü olan Türk əməkdaşlıq təşkilatları çərçivəsində fəaliyyət böyük mütəfəkkir İsmayıl Qaspıralının "Dildə, fikirdə, işdə birlik" şüarından ilham alaraq hər ötən gün daha da dərinləşir və zənginləşir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.

O vurğulayıb ki, bütün bu proses ərzində Bakı Qurultayının ortaya qoyduğu baxış yolu işıqlandıran bir mayak olaraq öz əhəmiyyətini qoruyub saxlayır:

"Türkiyənin ən səmimi arzusu Türk dünyasının ortaq tariximizə, dilimizə və mədəniyyətimizə sahib çıxması, qədim keçmişimizdən aldığı güclə "Türk əsri"ni inşa etməsidir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi