hia.az

İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır

22 dəfə baxılıb 19-06-2026, 12:35

İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır

Mənim otağımda heykəl var. Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar”.

Bunu Prezident İlham Əliyev iyunun 19-da Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edərkən deyib.

"Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var. Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır. Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur və bir daha demək istəyirəm: Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır", - İlham Əliyev əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi