hia.az

Ali Məhkəmənin Plenumunun bəzi qərarlarına dəyişikliklə bağlı layihə təsdiq edilib

23 dəfə baxılıb 7-04-2026, 11:56

Ali Məhkəmənin Plenumunun bəzi qərarlarına dəyişikliklə bağlı layihə təsdiq edilib

"Azərbaycan Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında" qərar layihəsi müzakirə olunaraq təsdiq edilib.

Ali Məhkəmədən verilən məlumata görə, bu barədə qərar Ali Məhkəmənin Plenum iclasında verilib.

Bildirilib ki, iclasda Ali Məhkəmənin məhkəmə kollegiyalarının tərkiblərinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə və əlavə kassasiya qaydasında yenidən baxılmasına dair məhkəmə tərkiblərinin və kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərdən ibarət qarışıq tərkibdə baxılmasına dair Plenumun qərar layihələrinin müzakirəsi aparılıb.

Sonra 2025-ci ildə Bakı Kommersiya Məhkəməsində, eləcə də Gəncə Şəhər Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi