hia.az

Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib

21 dəfə baxılıb 24-03-2026, 09:37

Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib

Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı məhsullarının digər ölkələrə birgə ixrac imkanları müzakirə edilib.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazirin sözlərinə görə, Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi ilə keçirilən ikitərəfli görüşdə mövcud əməkdaşlığın cari vəziyyəti və Dostluq bağında həyata keçirilmiş işlər ətrafında müzakirə aparılıb. Görüşdə, həmçinin aqrar sığorta sahəsində azərbaycanlı mütəxəssislərin Özbəkistana dəstək göstərməsi məsələləri də müzakirə edilib.

Tədbir çərçivəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi ilə Özbəkistanın Aqrar Elm və İnnovasiya Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

M.Məmmədov qeyd edib ki, imzalanmış sənəd ölkələr arasında aqrar tədqiqat sahəsində əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə mühüm töhfə verəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi