hia.az

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

31 dəfə baxılıb 20-03-2026, 09:53

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıya rəsmi səfər ediblər.

Bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Xarici İşlər nazirinin müavini Fariz Rzayev, Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Məmməd Talıbov, eləcə də vətəndaş cəmiyyəti və analitik mərkəzlərin nümayəndələri ilə səmərəli və məzmunlu görüşlər keçirilib.

"Müzakirələr Ermənistan və Azərbaycan arasında sülh və normallaşma prosesi, regional təhlükəsizlik məsələləri və ikitərəfli münasibətlərin inkişafı kimi geniş spektrli mövzuları əhatə edib. Bu səfər ötən ilin yazında siyasi direktorların Bakıya səfərindən sonra Şimali Avropa–Baltikyanı formatında (NB8) həyata keçirilən ikinci rəsmi səfərdir", - məlumatda qeyd olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi