hia.az
hia.az

İnşaat Kollecinə yeni direktor təyin olundu

8 dəfə baxılıb 18-02-2026, 13:51

İnşaat Kollecinə yeni direktor təyin olundu

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə yeni direktor təyin olunub.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentliyin müvafiq əmri ilə Şəhla Abbasova bu vəzifəyə təyin olunub və kollektivə təqdim edilib.

Şəhla Abbasova Azərbaycan Memarlıq və İnşaat Universitetində memarlıq sahəsi üzrə bakalavriat, magistratura və doktorantura təhsili alıb, “Memarlıq” üzrə fəlsəfə doktoru elmi dərəcəsinə sahibdir.

O, müxtəlif illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim, assistent, dosent, həmçinin Türkiyənin Mehmet Akif Ersoy Universitetində dosent olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, Ş. Abbasova 2022-ci ildən son təyinatadək Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müdiri vəzifəsində çalışıb, yerli və beynəlxalq elmi jurnallarda və konfranslarda bir sıra məqalələrlə çıxış edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi