hia.az
hia.az

Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib

11 dəfə baxılıb 11-02-2026, 15:46

Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib

Niderland Krallığı Senatının sabiq sədri Rene van der Linden Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident,

Sizin liderliyiniz və yorulmaz səyləriniz Cənubi Qafqaz regionunda sülhə, sabitliyə və barışığa mühüm töhfələr vermişdir.

Buna görə də Siz və Ermənistanın Baş naziri nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmusunuz.

Mən münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllini dəstəkləmək üçün əlindən gələni edən bir şəxs kimi, sülh yolunda mühüm səylərinizin və nailiyyətlərinizin yüksək qiymətləndirilməsinə görə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu təltifin hər iki ölkənin xalqları üçün regionda mehriban qonşuluq münasibətlərinin qurulması və davamlı inkişaf baxımından bir təşviq olmasını arzulayıram".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi