hia.az
hia.az

Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir

15 dəfə baxılıb 11-02-2026, 10:19

Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir

Vens ailəsinin Şəhidlər Xiyabanını ziyarət etməsi Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkədə paylaşımında deyilir.

Qeyd olunub ki, fevralın 11-də ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və İkinci xanım Uşa Vens Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər.

"Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha vurğuladı", - paylaşımda deyilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi