hia.az

Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur

19 dəfə baxılıb 10-02-2026, 13:53

Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinin vacibliyini bəyan edib.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko silahlı qüvvələrin təchizatı və ölkənin hərbi-sənaye kompleksinin inkişafı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Onun sözlərinə görə, müasir reallıqlarda yalnız öz hərbi təhlükəsizliyini təmin edə bilən dövlət suveren dövlət hesab oluna bilər.

Lukaşenko qeyd edib ki, müdafiə qabiliyyətinin gücləndirilməsi qonşu ölkələrin siyasəti ilə şərtlənir.

"İstəsək də, istəməsək də, mən Belarus xalqını bu barədə çoxdan xəbərdar etmişəm, biz müdafiə qabiliyyətimizi gücləndirməli olacağıq. Belarus sərhədlərində, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur. Biz bunun təsadüf olmadığını başa düşürük. İnsanlar pulu tanklara və döyüş sursatlarına elə-belə xərcləmirlər", - prezident vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi