hia.az
hia.az

Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edəcək

12 dəfə baxılıb 10-02-2026, 10:38

Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edəcək

Fevralın 13-də, saat 09:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala rayonlarının, həmçinin Şirvan şəhərinin sakinlərini qəbul edəcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 12 fevrala qədər nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu (mincom@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi