hia.az

İranın ədliyyə rəhbəri: Son etirazlara görə həbs edilənlər əfv olunmayacaq

17 dəfə baxılıb 9-02-2026, 11:41

İranın ədliyyə rəhbəri: Son etirazlara görə həbs edilənlər əfv olunmayacaq

İranda ötən ay baş verən etiraz aksiyaları ilə əlaqədar həbs edilən şəxslər əfv siyahısına daxil edilməyəcək.

Bu barədə İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolamhoseyn Ejei açıqlama verib.

“Göstəriş vermişəm ki, təhlükəsizlik məsələləri ilə əlaqəsi olan məhkumlar əfv siyahısından çıxarılsın. Son iğtişaşlarda ittiham olunan məhkumlar da əfv siyahısına daxil edilməyəcəklər”, - Ejei bildirib.

Qeyd edək ki, ötən ilin dekabr ayının sonlarında İranda milli valyutanın kəskin şəkildə dəyər itirməsinə etiraz olaraq paytaxt Tehranda aksiyalar keçirilib. Qısa müddət ərzində bu aksiyalar hökumət əleyhinə etirazlara çevrilərək ölkənin bir çox bölgələrinə yayılıb.

Etirazlar zamanı polis qüvvələri ilə toqquşmalar baş verib, zorakılıq halları qeydə alınıb. İran hökumətinin məlumatına görə, baş verən hadisələr nəticəsində təhlükəsizlik qüvvələri də daxil olmaqla 3117 nəfər həyatını itirib.

Bir müddət davam edən etiraz aksiyaları sonradan dayandırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi