hia.az
hia.az

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində hazırlanan mütəxəssislərin sayı açıqlanıb

10 dəfə baxılıb 9-02-2026, 09:42

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində hazırlanan mütəxəssislərin sayı açıqlanıb

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti dövründə 380-dən çox yüksək ixtisaslı kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb, ümumilikdə isə 10 mindən artıq şəxs müxtəlif təlim proqramlarına cəlb olunub.

Bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günündə bildirib.

Onun sözlərinə görə, məzunların 86 %-i hazırda işlə təmin edilib və bu da mərkəzin əmək bazarına verdiyi real töhfənin göstəricisi kimi qiymətləndirilir: "Mərkəz yerli ali təhsil müəssisələri ilə yanaşı, həm dövlət, həm də özəl sektorla sıx əməkdaşlıq edir. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanması istiqamətində mühüm addımlar atılıb və bu günə qədər 5 yerli məhsul bazara təqdim olunub".

Ş. Əliyev vurğulayıb ki, yaxın dövrdə ölkənin bütün təhsil müəssisələrində kibertəhlükəsizliklə bağlı maarifləndirici və praktiki tədbirlərin həyata keçirilməsi planlaşdırılır: "Bununla yanaşı, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin modeli artıq xarici ölkələrin də diqqətini cəlb edir. Qazaxıstan və digər ölkələrlə bu modelin ixracı istiqamətində danışıqlar aparılır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi