hia.az

Ərdoğan: Zəlzələdən qısa müddət sonra sözümüzü tutduq

26 dəfə baxılıb 6-02-2026, 10:29

Ərdoğan: Zəlzələdən qısa müddət sonra sözümüzü tutduq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda baş verən zəlzələnin ildönümü ilə bağlı paylaşım edib.

O bu barədə "X" sosial media hesabında yazıb.

"Üç il əvvəl bu gün yaşadığımız iki böyük zəlzələ nəticəsində Rəhman Allahın dərgahına qovuşan qardaş-bacılarımızı unutmayacağıq. Onların xatirəsini qəlbimizdə və yaddaşımızda daim yaşadacağımıza, əmanətlərinə sahib çıxacağımıza, zəlzələdə dağılan şəhərlərimizi yenidən ayağa qaldıracağımıza dair xalqımıza söz vermişdik.

Bu gün Allahın izni ilə bu ağır işin öhdəsindən gəldik, cəmi üç il kimi qısa müddətdə şəhərlərimizi yenidən bərpa etdik və dirçəltdik. Sözümüzü tutduq", - deyə Prezident qeyd edib.

Xatırladaq ki, Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən üç il ötür. 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi