hia.az
hia.az

Rusiyada saxlanılan şəxsə işgəncə verilməsi ilə bağlı beş polis əməkdaşı həbs edilib

12 dəfə baxılıb 6-02-2026, 09:13

Rusiyada saxlanılan şəxsə işgəncə verilməsi ilə bağlı beş polis əməkdaşı həbs edilib

Yakutsk (Rusiya) şəhər məhkəməsi vəzifə səlahiyyətlərini aşma işi üzrə beş polis əməkdaşını həbs edib.

Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Polislər saxlanılan şəxsə işgəncə verməkdə və onun ölümünə səbəb olmaqda ittiham olunurlar.

Təqsirləndirilən şəxslərin vəkili məhkəmədən onların ev dustaqlığına buraxılmasını xahiş edib. İnstansiya tələbi təmin etməyib. Onlar 1 ay 19 gün müddətinə həbs edilib. Həbs 2026-cı il martın 21-dək davam edəcək.

Qeyd olunub ki, 2025-ci ilin oktyabrında Maxra mikrorayonunda evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı polislər kişinin narkotiklərin dövriyyəsində iştirak edə biləcəyi barədə məlumat əldə ediblər. Saxlanılan şəxsin narkotiklərin satışına aidiyyəti barədə məlumat əldə etmək üçün ona işgəncə tətbiq ediblər. Bir neçə gün sonra kişi aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi