hia.az
hia.az

Qurban Qurbanov “Neftçi”nin “yox” deməsindən danışdı - “Onlardan küsmürük”

1 dəfə baxılıb Bu gün, 16:10

Qurban Qurbanov “Neftçi”nin “yox” deməsindən danışdı - “Onlardan küsmürük”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə qarşı keçirəcəkləri matçın təxirə salınması ilə bağlı müraciətə qarşı tərəfin “yox” deməsinə münasibət bildirib.

O, Azərbaycan Kubokunun 1/4 finalının ilk görüşləri çərçivəsində “Şamaxı”ya 1:2 hesablı məğlubiyyətdən sonra bu barədə danışıb:

“Mən ümumiyyətlə hər bir hadisəyə normal yanaşıram. Burada məsələ kimin haqlı, kimin haqsız olduğu deyil. Biz matçın təxirə salınması üçün PFL-ə müraciət etmişdik, amma razılaşmadılar. Onların da öz planları var. Sadəcə narahat olduğum məqam qısa zamanda bir neçə oyun keçirməyimiz idi. Bundan əvvəl də olub ki, biz oyunların yerini və ya zamanını dəyişmişik. Bəlkə də “Neftçi” ilə belə hal olmayıb. Bununla razılaşmadılar deyə kimdənsə küsmürük, incimirik. Sadəcə daha dərindən düşünüb hərəkət etməliyik”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində fevralın 24-dən 25-nə keçən gecə “Nyukasl”a qarşı keçirəcəkləri matçdan öncə baş tutmalı olan “Neftçi” ilə görüşün təxirə salınmasını istəmişdi. Bakı klubu isə Ağdamlıların fevralın 21-də oynanılacaq bu qarşılaşmanın təxirə salınması ilə bağlı müraciətinə “yox” cavabı vermişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi