hia.az

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

17 dəfə baxılıb 31-01-2026, 13:54

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

Müharibə başlasa, İran güclü və şokedici tərzdə cavab verəcək.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “CNN Türk” kanalına müsahibəsində deyib.

“ABŞ 12 günlük müharibədə məğlub oldu və təyin etdiyi hədəflərin heç birinə çata bilmədi. Sonda isə məcbur olub atəşkəslə bağlı bizə müraciət etdi. Ballistik raketlərimiz yerindədir. Güclü nöqtələrimizə yenidən nəzərə saldıq və daha böyük qüdrətlə hazır vəziyyətdəyik”,- Əraqçi bildirib.

O əlavə edib ki, İrana qarşı hücum baş versə, cavab güclü və şokedici olacaq.

“Bu, bizim ABŞ-a verə biləcəyimiz ən aydın mesajdır”,- Əraqçi vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi