hia.az

Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb

19 dəfə baxılıb 31-01-2026, 13:32

Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb

Pakistan təhlükəsizlik qüvvələri son iki gün ərzində Bəlucistan əyalətində 70-dən çox terrorçunu öldürüblər.

Bu barədə Bəlucistanın hökumət başçısının siyasi və media məsələləri üzrə köməkçisi Şahid Rind bildirib.

Onun sözlərinə görə, silahlılar Bəlucistanın bəzi bölgələrində hücumlar həyata keçirməyə cəhd göstəriblər, lakin qarşısı alınıb.

Pakistan "Dawn" nəşrinin məlumatına görə, Hindistanla əlaqəli "Fitna əl-Hindustan" qruplaşması Bəlucistan ərazisində 12 yerdə hücumlar həyata keçirib. Bu hücumlar nəticəsində Pakistanın güc strukturlarının 10 əməkdaşı ölüb.

"Dawn" güc strukturlarındakı mənbəyə istinadən bildirib ki, son 48 saat ərzində Bəlucistanda 88 terrorçu öldürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi