hia.az

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

22 dəfə baxılıb 31-01-2026, 10:42

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır.

Bunu sahiyyə nazirinin müavini Nadir Zeynalov "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, orqan transplantasiyası üçün mövcud olan gözləmə siyahısı və digər xüsusi mexanizmlərin elektron sistem halına gətirilməsi məqsədilə müəyyən addımlar atılıb:

"Ölkəmizdə transplantasiyalar sistemləşdirilmiş şəkildə aparılır. Gözləmə siyahısı formalaşdırılır, xüsusi mexanizmlərdən istifadə edilir. Yaxın qohum olmayanların orqan donoru olması üçün Koordinasiya Mərkəzi fəaliyyət göstərir. Bütün bu sistemin elektronlaşdırılması sahəsində müəyyən işlər görülür. Lakin işlər hələ ki tamamlanmayıb".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi