hia.az
hia.az

Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşüb

1 dəfə baxılıb Bu gün, 16:56

Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşüb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Şura Məclisinin sədri Milli Məclisin sədrini salamlayaraq, dəvəti qəbul edib Oman Sultanlığına səfər etdiyinə görə spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib. Oman və Azərbaycan arasında siyasi və digər əlaqələrin yaxşı səviyyədə olmasından məmnunluğunu ifadə edən Şura Məclisinin sədri qarşılıqlı münasibətlərin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edib. Diqqətə çatdırılıb ki, Milli Məclis sədrinin bu səfəri qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.

Vurğulanıb ki, parlamentlərin qarşılıqlı əlaqəsi ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm töhfə verir. Bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyəti çox vacibdir. Qeyd edilib ki, Asiya Parlament Assambleyası və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bu sahədə mühüm platformalardır.
Söhbət zamanı Oman Sultanlığı Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali Azərbaycanın müdrik rəhbərinin başçılığı ilə iqtisadi inkişafının şahidi olduqlarını diqqətə çatdırıb.

Görüşdə digər mövzularda da fikir mübadiləsi aparılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi