hia.az
hia.az

Trampın “Sülh Şurası”na bu ölkələr üzv oldu - SİYAHI

10 dəfə baxılıb 22-01-2026, 15:39

Trampın “Sülh Şurası”na bu ölkələr üzv oldu - SİYAHI

Bu gün İsveçrənin Davos şəhərində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın təsis sənədi imzalanıb.

Mərasimdə ABŞ-la yanaşı, 21 ölkənin nümyəndəsi iştirak edib.

Donald Tramp tədbirdə bildirib ki, bu şuranın indiyə qədər yaradılmış ən vacib təşkilatlardan biri olmaq üçün bütün potensialı var.

“Və inanıram ki, Sülh Şurasının burada toplaşan insanlarla, Birləşmiş Millətlər Təşkilatı ilə birləşməsi dünya üçün - təkcə ABŞ üçün deyil, bütün dünya üçün həqiqətən unikal bir şeyə çevrilə bilər", - o deyib.

Modern.az saytı mərasimdə iştirak edən ölkələrin siyahısını təqdim edir:

Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Argentina, Paraqvay, Macarıstan, Ermənistan, Azərbaycan, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Mərakeş, Monqolustan, Pakistan, Paraqvay, Türkiyə və Özbəkistan.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi