hia.az

İran və Rusiya bir ay ərzində Rəşt – Astara dəmir yolunun tikintisi üzrə müqavilə imzalayacaqlar

28 dəfə baxılıb 17-12-2025, 14:08

İran və Rusiya bir ay ərzində Rəşt – Astara dəmir yolunun tikintisi üzrə müqavilə imzalayacaqlar

İran və Rusiya bir ay ərzində Rəşt - Astara dəmir yolunun tikintisi üzrə müqavilə imzalayacaqlar.

Bu barədə İranın nəqliyyat infrastrukturunun tikintisi və inkişafı üzrə direktoru Huşanq Bazvand bildirib.

"Proqnozlara görə, bir aydan az müddətdə İranın nümayəndə heyəti müqavilənin imzalanması üçün Rusiyaya yollanacaq və bundan sonra faktiki olaraq Rəşt - Astara dəmir yolunun tikintisi üzrə işlərə başlanacaq", - deyə H.Bazvand bildirib.

Onun sözlərinə görə, İran dəmir yolunun layihələndirilməsi və tikintisi məsələsində Rusiya tərəfindən irəli sürülən təkliflərin təxminən 70 %-ni qəbul edib. O, əlavə edib ki, baş podratçı olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) strukturuna daxil olan "Xatəm əl-Ənbiya" tikinti şirkəti seçilib.

Qeyd edək ki, 2023-cü ildə Rusiya və İran, Şimal - Cənub layihəsi çərçivəsində Fars körfəzi limanlarına birbaşa keçidi təmin etməyə yönəlmiş 160 kilometrlik Rəşt - Astara yolunun birgə tikilməsi haqqında saziş imzalayıbılar. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Moskva və Tehran layihələndirmə, tikinti, mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcəklər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi