hia.az
hia.az

Ərdoğan: 44 günlük Vətən müharibəsi zamanı Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edirdilər

4 dəfə baxılıb 15-12-2025, 16:35

Ərdoğan: 44 günlük Vətən müharibəsi zamanı Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edirdilər

Qarabağda 44 gün davam edən Vətən müharibəsində düşmənlər tərəfindən yayılmış şayiələr vardı, onlar Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edirdilər.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "AK Parti"nin Türk Dünyası Vizyon Sənədinin Tanıtım Proqramı" münasibətilə keçirilən tədbirdə çıxışında deyib.

Türkiyə lideri qeyd edib ki, CHP nümayəndəsi Türkiyədən Azərbaycana silah yardımı edildiyi və şayiələrə görə cihadçı qrupların Azərbaycana göndərildiyi haqqında əsassız ifadələr işlətmişdi.

"1945-ci ildə Boraltan faciəsində olduğu kimi, Qarabağın azadlıq mübarizəsində də eyni səhvi etdilər; millətimizi utandırdılar, məyus etdilər. Yalnız Qarabağda deyil, ondan əvvəl Suriyada da eyni vicdansız davranışa şahid olduq", - o əlavə edib.

R.T.Ərdoğan Boraltan faciəsini Türkiyə tarixi üçün qara ləkə adlandırıb.

"Türk dünyasının mövcudluğundan danışmaq təkcə sərhədlərimizdən kənarda deyil, 1940-cı illərdə ölkəmizdəki təkpartiyalı dövrdə də qadağan edilmişdi. Təkpartiyalı dövrdə Türkiyədən kənarda da türklərin olduğunu demək cinayət sayılırdı. Bu dövrdə Azərbaycandan Türkiyəyə sığınmış azərbaycanlı türkləri Boraltan körpüsündə güllələnəcəklərini bilə-bilə onları qatillərinə təhvil vermişlər. Boraltan faciəsi CHP-nin Türkiyə tarixində iz qoymuş qara ləkəsidir. Bu faciə millətimizin, Azərbaycan türklərinin mənəvi dünyasında dərin yaralar açmışdır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi