hia.az
hia.az

"Reuters": ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər

13 dəfə baxılıb 12-12-2025, 08:10

"Reuters": ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər

ABŞ yaxın bir neçə həftə ərzində Venesuela neftini daşıyan əlavə tankerləri ələ keçirmək imkanını nəzərdən keçirir.

Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton Venesuela Prezidenti Nikolas Maduronun hökumətinə təzyiqi gücləndirmək məqsədilə "əlavə tankerləri ələ keçirməyə hazırlaşır". Agentliyin mənbələri bildiriblər ki, ABŞ hakimiyyəti artıq "bir neçə tankerin siyahısını tərtib edib" və onlar "yaxın bir neçə həftə ərzində saxlanıla bilər".

Xatırladaq ki, 10 dekabrda ABŞ Prezidenti Donald Tramp Venesuela sahillərində neft tankerinin saxlanıldığını təsdiqləyərək Birləşmiş Ştatların nefti özündə saxlamağı planlaşdırdığını bildirib. Bundan əlavə, Tramp gəminin sahibinə dair məlumatın açıqlanacağını qeyd edib.

ABŞ-də baş prokurorluq funksiyasını yerinə yetirən Ədliyyə Nazirliyi bəyan edib ki, saxlanılan tanker Amerika sanksiya rejimini pozaraq Venesuela və İrandan neft daşıyıb. Qurumun rəhbəri Pəm Bondi həmçinin gəminin "xarici terrorçu təşkilatların dəstəklənməsi üçün istifadə olunduğunu" iddia edib.

Venesuela Xarici İşlər Nazirliyi isə ABŞ tərəfindən Karib dənizində neft tankerinin ələ keçirilməsini beynəlxalq quldurluq aktı kimi qiymətləndirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi