hia.az
hia.az

XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb

17 dəfə baxılıb 11-12-2025, 12:16

XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb

Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlarından sonra Rusiya və ABŞ Alyaska sammitinin nəticələrinə sadiq qaldıqlarını bir daha təsdiqləyiblər.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Putinin Uitkoffla görüşündə Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb.

Lavrov vurğulayıb ki, Putin və Uitkoff son görüşlərində Alyaska sammitindən sonra yaranan fasilə səbəbindən Rusiya ilə ABŞ arasındakı bütün anlaşılmazlıqları həll ediblər.

"Rusiya və ABŞ Alyaskada Ukraynanın bitərəf, neytral və nüvə silahı olmayan statusa qayıtması barədə razılığa gəliblər. Rusiya ABŞ-a yalnız Ukrayna ilə məhdudlaşmayan kollektiv təhlükəsizlik zəmanətləri üçün əlavə təkliflər təqdim edib", - Rusiya XİN başçısı vurğulayıb.

Ukraynanın ölkə konstitutsiyasına əsasən, NATO-ya qoşulmaqdan imtina edə bilməyəcəyi iddialarına Lavrov belə cavab verib: "Biz başqa Ukraynanı tanımışıq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi