hia.az
hia.az

Astarada 7800 abonentin qazı kəsiləcək

2 dəfə baxılıb 10-12-2025, 15:22

Astarada 7800 abonentin qazı kəsiləcək

 
Sabah Astara rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Astara rayonunun "Şahağacı" qaz paylayıcı stansiyasında istismarda olan metal qaz xəttinin üzərində yerləşən siyirtmədə aşkarlanmış qaz sızması aradan qaldırılacaq.

Bu məqsədlə dekabrın 11-də saat 10:00-dan işlər tamamlananadək Siyəkü, Vaqo, Niləşə, Binəbəy, Həsin, Lələkəpeştə, Şağlazüzə, Siyakeş, Şıxaməhəllə, Rinə, Pensər, Çayoba, Kakalos, Kolatan, Bala Şahağacı, Qamışoba, Şiyəkəran, Şahağacı, Təngərüd, Maşxan kəndlərinin və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 7 800 abonentin təbii qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi