hia.az

KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər

20 dəfə baxılıb 9-12-2025, 10:11

KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər

İran və Azərbaycan nəqliyyat, maliyyə, energetika, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirə bilərlər.

Belə bir fikir İran xarici işlər naziri Abbas Əraqçinin dekabrın 7-8-də Bakıya səfərinin yekunları üzrə İranın "Mehr" agentliyinin materialında yer alıb.

Agentliyin qiymətləndirməsinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi regionda sülh və sabitliyin möhkəmlənməsinə, həmçinin Cənubi Qafqaz regionunda və Xəzəryanı hövzədə strateji münasibətlərin inkişafına töhfə verə bilər.

"İran və Azərbaycan nəqliyyat, energetika, ticarət, turizm, bank əməkdaşlığı, sərhədyanı sahələrdə, eləcə də təhlükəsizlik sahəsində terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığı kimi yaranan təhdid və çağırışlara qarşı mübarizə üzrə fəaliyyətlərin koordinasiyası məsələlərində yaxşı tərəfdaş ola bilərlər", - materialda qeyd olunub.

Eyni zamanda, bildirilib ki, A.Əraqçinin səfəri Tehranın Bakı ilə münasibətləri möhkəmləndirmək istəyini nümayiş etdirir.

"İki ölkə arasında yaxşı münasibətlər və sıx əməkdaşlıq üçün unikal imkanlar ictimaiyyətin bu səfərə dair gözləntilərini artırıb. Tərəflərin gələcəkdə daha geniş çoxtərəfli əməkdaşlığın davam etdirilməsi üçün məntiqi və hüquqi baza yarada biləcəkləri gözlənilir", - agentlik vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi