hia.az

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir

23 dəfə baxılıb 8-12-2025, 16:08

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir

Gürcüstanda aksiyaların keçirilməsi ilə bağlı qaydalar yenidən sərtləşdirilir.

APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı ölkənin “Toplantılar və nümayişlər haqqında” Qanununa və İnzibati Xətalar Məcəlləsinə düzəlişlərin edilməsi nəzərdə tutulub.

Layihəyə əsasən, aksiyalarla bağlı dövlət orqanının əvvəlcədən xəbərdarlıq etmək öhdəliyi müəyyən ediləcək.

Sənəddə bildirilib ki, toplantı və yaxud nümayiş ictimai təhlükəsizliyə və asayişə, müəssisə və təşkilatların normal fəaliyyətinə, nəqliyyat vasitələri və insanların hərəkətinə təhlükə yaradırsa, dövlət orqanı iştirakçıları alternativ məkan, aksiyanın keçirilmə vaxtı və yaxud üsulu barədə təlimatlandırmaq səlahiyyətinə malik olacaq. Bu təlimatın yerinə yetirilməməsi məsuliyyətə səbəb olacaq.

Gürcüstan parlamentində düzəlişlərin sürətləndirilmiş qaydada qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu ilin oktyabrında qonşu ölkədə toplantı və nümayişlərlə bağlı qaydaların pozulmasına görə hüquqi məsuliyyət daha da sərtləşdirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi